Azərbaycan və Malayziya XİN-ləri arasında məsləhətləşmələr keçirilir

Azərbaycan və Malayziya XİN-ləri arasında məsləhətləşmələr keçirilir backend

Bu gün ilk dəfə olaraq Azərbaycan və Malayziyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilir.

“Report” Malayziya mətbuatına istinadən xəbər verir ki, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən məsləhətləşmələrdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun malayziyalı həmkarı Datuka Kamarudin Caffar iştirak edir.

Məsləhətləşmələrin keçirilməsində məqsəd Azərbaycanda bərpa olunan enerjinin istehsalının artırılmasına və işğaldan azad edilmiş ərazilərə Malayziya investisiyalarının cəlb edilməsidir.

Görüş zamanı Elnur Məmmədov həmkarına sözügedən sahələri əhatə edən 25 investisiya layihəsi təqdim edəcək.

Diaspora