“Nikol Paşinyan, İlham Əliyevə yazdığın məktubların surətlərini dərc etmək istəmirsən?”.
Qaziler.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni siyasi xadim Artur Hambardzumyan yazıb.
“Komanda yoldaşlarının 2018-ci ilin may ayından başlayaraq bir neçə ay ərzində milyonlarla dollarlıq kreditləri necə bağlanılıb? Tiqran Avinyan və Anna Hakopyanın 2018-ci ilə qədər hansı mülkləri olub və hazırda hansı mülklərə sahibdirlər? Deyirsən ki, həqiqətlə üzləşməkdə problemin yoxdur. Bəs niyə müharibədən qayıtmayan oğlanların tam ad siyahısını dərc etmirsən? Yeri gəlmişkən, həmin siyahıda çevrəndən neçə nəfər var? Ey həqiqətlə problemləri olmayan, İlham Əliyevə yazdığın məktubların surətlərini, İlham Əliyevdən aldığın məktubların əslini dərc etmək istəmirsən? Dərc et, qoy qalan 2.999.999 Baş nazir də oxusun”, - deyə o qeyd edib.
Ordu.az