Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, iki ölkənin liderləri regional məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər.
Bundan başqa, prezidentlər Suriyadakı mövcud vəziyyət, həmçinin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması barədə fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan sabitliyin bərpası üçün təşəbbüslərini bundan sonra da davam etdirməyə hazır olduğunu V.Putinin diqqətinə çatdırıb.