Azərbaycan XİN İŞİD-in 21 Misir vətəndaşını qətlə yetirməsini pisləyib

Azərbaycan XİN İŞİD-in 21 Misir vətəndaşını qətlə yetirməsini pisləyib backend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İŞİD terror qruplaşmasının silahlıları Liviyada girov götürdüyü 21 Misir vətəndaşını qətlə yetirməsini pisləyib.

APA-nın xəbərinə görə, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin yaydığı açıqlamada Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verilib.

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası Misir xalqının kədərinə şərik çıxır, bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir” - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, “Cunud vilayət Tarabulus” qruplaşması (Tripoli əyalətinin döyüşçüləri) xristian dininə (koptlar) mənsub 21 Misir vətəndaşını əsir götürərək edam edib. Silahlılar sübut kimi narıncı rəngli libasda olan girovların şəkillərini dərc ediblər. Liviyaya qazanc dalınca gəlmiş koptları yanvarın əvvəllərində Sirt şəhəri yaxınlığında (Tripolidən 600 km şərqdə) girov götürülüb. Qətlin baş verdiyi tarix açıqlanmır.
Diaspora