“Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüm”.
Qaziller.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçirilən toplantısı zamanı jurnalistlərə açıqlamasında deyib.
“Ukraynadakı müharibə, taxıl ixracatı barədə müzakirələr apardıq. BMT-nin tövsiyələrini müzakirə etdik. Mən dünən həm də ukraynalı həmkarım Dmitro Kuleba ilə telefonla danışmışam”, - o bildirib.
M.Çavuşoğlu G-20 ölkələrinin XİN başçılarının iclasında müzakirə edilən məsələləri də açıqlayıb: “Ukraynadakı müharibə ilə bağlı mövqeyimizi bir daha çatdırdım və ehtimal olunan nəticələr barədə fikir mübadiləsi apardıq.
Bundan başqa, Ukrayna və Rusiyadan digər ölkələrə taxıl ixracı və BMT-nin bu məsələdəki planından söz açdıq. Əlbəttə, ikitərəfli görüşlərim də oldu. Bəzi həmkarlarımla müzakirələr apardım. Toplantı zamanı hər kəs Madriddə Finlandiya və İsveçin NATO-ya üzvlük protokolunu imzalamağımızla maraqlanırdı. Düzdür, imzaladıq, amma, indi İsveç və Finlandiya müsbət addımlar atmalıdır”.