Paşinyan Türkiyə sərhədi ilə bağlı göstəriş verdi

Paşinyan Türkiyə sərhədi ilə bağlı  göstəriş verdi backend

Ermənistanın Baş naziri Nikol Paşinyan müvafiq idarələrə Ermənistan-Türkiyə sərhədi ilə bağlı tapşırıq verib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, iki ölkədən olan nümayəndə (Ruben Rubinyan və Sərdar Kılıç) üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması, eləcə də hava yüklərinin daşınması ilə bağlı razılaşma əldə ediblər.

“Razılaşma razılaşmadır, lakin bizim idarələrimizin bu prosesi koordinasiya etməsi çox vacibdir”, - Paşinyan bildirib.

Qeyd edək ki, indi Ermənistanla Türkiyə arasında yükdaşımalar dairəvi yolla, Gürcüstandan keçməklə həyata keçirilir.

Diaspora