İndoneziyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş baş tutub.
Bu barədə məlumatı M.Çavuşoğlu öz “Twitter” səhifəsində paylaşıb.
“Rusiyalı həmkarım Sergey Lavrovla Ukraynadakı müharibəni, ərzaq təhlükəsizliyini və Suriyadakı hadisələri müzakirə etdik”, - M.Çavuşoğlu qeyd edib.