Üçtərəfli İşçi Qrupun fəaiyyətində müəyyən tərəqqi əldə olunub - Rusiya XİN

Üçtərəfli İşçi Qrupun fəaiyyətində müəyyən tərəqqi əldə olunub - Rusiya XİN backend

“Üçtərəfli işçi qrupun iyunun 3-də Moskvada keçirilmiş iclasında, həmçinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində həmsədrlərin görüşü nəticəsində müəyyən tərəqqi əldə olunub, nəqliyyat kommunikasiyaların bərpasının müxtəlif aspektləri ilə bağlı tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olub”.

Qaziler.az Report-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev həftəlik brifinqdə deyib.

O vurğulayıb ki, üçtərəfli İşçi Qrup çərçivəsində regionda Azərbaycanın, Ermənistanın və onların qonşularının maraqlarına cavab verən dəmiryolu və avtomobil yolunun açılması müzakirə olunur.

A.Zaytsev həmçinin Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazir müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli İşçi Qrup çərçivəsində işlərin davam etdiyini bildirib.

Diaspora