“Bizə həmişə aşılayıblar ki, azərbaycanlılarla birlikdə yaşaya bilmərik” - Sabiq erməni nazir

“Bizə həmişə aşılayıblar ki, azərbaycanlılarla birlikdə yaşaya bilmərik” - Sabiq erməni nazir backend

“Ötəngünkü müsahibədən iki fikri vurğulamaq istəyirəm”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, ölkənin sabiq səhiyyə naziri Arsen Torosyan yazıb.

“Fikrimcə, ATƏT-in Minsk qrupu həm də geosiyasi dəyişikliklərə görə həqiqətən də əvvəlki canlılığını itirib. Fransa və amerikalı həmsədrlər Rusiyanın və ya qarşı tərəfin istəksizliyi səbəbindən rusiyalı həmsədrlə sadəcə danışa bilmirlər. Və bu formata istinad etmək mənə bir az qəribə gəlir. Bununla da biz faktiki dialoqu çətin vəziyyətə salmış oluruq ki, bu da bizim maraqlarımıza uyğun deyil. Biz indi belə israfçılığa yol verə bilmərik. Biz təhdidedici çağırışlara müqavimət göstərmək üçün həll yollarını tapmalıyıq, əksini etməməliyik, bu həll yollarını gecikdirməməliyik. Bir millət olaraq xalq və dövlət bizə sonsuz olaraq aşılayıb ki, biz qonşularımızla sülh şəraitində yaşaya bilmərik və buna haqqımız da yoxdur. Bu stereotipi kollektiv şəkildə qıra bilsək, masa ətrafında oturub kompromis həll yolları tapa bilərik. Əgər biz bacarmasaq və onlar bizə əbədi olaraq aşılamaqda davam etsələr ki, iki qonşumuzla, xüsusən də Azərbaycanla hər hansı birgəyaşayış normaları üzərində razılığa gəlmək mümkün deyil, onda biz həmişə bizə yeni fəlakətlər gətirəcək bu dövrədə qalacağıq”, - deyə o qeyd edib.

Diaspora