"Almaniya Aİ-də təsirini itirməkdən qorxur" - Ukraynaya görə...

"Almaniya Aİ-də təsirini itirməkdən qorxur" - Ukraynaya görə... backend

Almaniya Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasından sonra Şərqi Avropanın mövqelərinin güclənməsindən ehtiyat edir.

Bu barədə “The Daily Telegraph” yazıb.

Nəşrin məlumatına görə, Almaniya kansleri Olaf Şolts artıq Aİ Şurasında səsvermə prosedurunu dəyişmək niyyətindədir.

Bu, təkcə səs verən ölkələrin sayından deyil, həm də onların əhalisinin sayından asılıdır. Ukrayna ittifaqa daxil olarsa, bu baxımdan beşinci ən böyük ölkə olacaq və Şurada təxminən 9 % səsə sahib olacaq.

Kiyevin Polşa və Şərqi Avropanın digər ölkələri ilə sıx əlaqələrinin Fransa və Almaniyanın təsirini zəiflədə biləcəyi vurğulanır.

Eyni zamanda Portuqaliya da Ukraynanın Avropa İttifaqına qəbulu ideyasına skeptik yanaşır. Rəsmi Lissabon Aİ büdcəsinə aldığından daha çox vəsait göndərən donor ola bilər.

Diaspora