Ərdoğan İsveç və Finlandiyaya xəbərdarlıq etdi: "Yerinə yetirməsələr..."

Ərdoğan İsveç və Finlandiyaya xəbərdarlıq etdi: "Yerinə yetirməsələr..." backend

“Finlandiya və İsveçlə imzalanan anlaşma memorandumu bir başlanğıcdır, dəvətdir. Əsl olan verilən sözlərin həyata keçirilməsidir”.

Qaziler.az “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bundan sonrakı prosesdə anlaşma memorandumunda qeyd olunan xüsusların tətbiq olunmasını diqqətlə izləyəcəyik və addımlarımızı buna uyğun atacağıq”, - dövlət başçısı bildirib.

Türkiyə lideri vurğulayıb ki, İsveç və Finlandiya əvvəlcə öz öhdəliklərini yerinə yetirməlidir: “Bundan sonra biz də məsələni parlamentimizdə müzakirə edərik. Əgər onlar öhdəliklərini yerinə yetirməsələr, biz buna icazə vermərik. Makedoniya 20 ildə NATO-ya üzv oldu. Bu, o qədər asan məsələ deyil. Bunu İsveç də, Finlandiya da bilir.

Mən verilən vədə baxıram. Əgər vəd yerinə yetirilməzsə, anlaşma pozular. Əgər terrorçular bizə verilməzsə, ondan sonra bizdən inciməsinlər. Verilən söz tutulmalıdır. Ləyaqətli siyasət budur”.

loading...
Diaspora