Ərdoğan Baydenlə görüşdü - VİDEO

Ərdoğan Baydenlə görüşdü -  VİDEO backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasındakı görüş başa çatıb.

Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.

Ərdoğan uzun fasilədən sonra yenidən ABŞ prezidentilə görüşməkdən məmnun olduğunu bildirib.

Bayden isə öz növbəsində taxıl dəhlizinin formalaşdırılması istiqamətində, eləcə də İsveç və Finlandiyanın NATO üzvlüyünə yol açdığı üçün Türkiyə dövlət başçısına təşəkkür edib. (oxu.az)

Mənbə: Anadolu

20.19

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

Apa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüş İspaniyanın paytaxtı Madriddə NATO sammiti çərçivəsində keçirilir.

Görüşün əvvəlində Türkiyə lideri amerikalı həmkarı ilə bir araya gəlməkdən məmnun olduğunu bildirib.

ABŞ prezidenti öz növbəsində Ukrayna taxılının Qara dənizdəki limanlardan çıxarılmas, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı atdığı addımlara görə Ərdoğana təşəkkür edib.

Diaspora