“Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar Çaxmaqlı

“Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” -  Qafar Çaxmaqlı backend

“ABŞ və İran arasında dialoqun başlaması Rusiyanı təcrid etmək,əlaqədə olduğu ölkələri öz tərəfinə çəkmək siyasətidir”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi.

Ekspertin sözlərinə görə, ABŞ-da anlamağa başlayıblar ki, Rusiyanın iqtisadi əlaqədə olduğu Çin, Hindistan,İranla bağlı siyasətlərini ənənəvi üsullarla davam etdirmək Rusiyanın işinə yarayacaq: “İran bu ölkələrin içərisində ən önəmlisidir. Təkcə Amerika deyil, Avropanın bəzi ölkələri də İrana tətbiq olunan sanksiyaları yumşaltmaq yolu tutacaqlar. İranla danışıqlar bu məqsəddən irəli gəlir”.

Q.Çaxmaqlı bildirdi ki, Azərbaycan İranın qonşuluğunda olan ən cazibədar partnyor kimi Amerikanın diqqətini çəkir və proseslərin indiki mərhələsində bu supergücdün imkanlarını dəyərləndirməliyik: “Faktiki olaraq Rusiyanı bütün ittifaq qurduğu ölkələrdən qoparmaq prosesi gedir. Rusiyanın zəifləməsi bizim maraqlarımıza da uyğundur. Hesab edirəm ki, Rusiyaya qarşı yeni sanksiyar tətbiq olunacaq. Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur. Amma həlledici yol deyildir. Həlledici faktor Rusiyanın hərbi yolla təhdidinin qarşısına NATO-nu çıxarmaqdır. Rusiya dayanmasa gələcəkdə NATO-Rusiya münaqişəsi açıq müstəviyə çıxa bilər”.

Diaspora