Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub

Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub backend

22 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər, ikitərəfli gündəliyinin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Diaspora