Zaxarova Azərbaycanla bağlı suala görə erməni jurnalisti susdurdu

Zaxarova Azərbaycanla bağlı suala görə  erməni jurnalisti susdurdu backend

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasını "mətbuat azadlığına növbəti hücum" adlandıran erməni jurnalistə tutarlı cavab verib.

Qaziler.az Modenr.az-a istinadla xəbər verir ki, brifinq zamanı erməni jurnalistin sualını cavablandıran M.Zaxarova qeyd edib ki, Rusiya mövcud və yaranan problemləri öz tərəfdaşları ilə ikitərəfli formatda həll edir.

"Hesab edirəm ki, KİV-lərin və onların fəaliyyəti məsələləri iki əsas məsələyə diqqət ayıraraq həll edilməlidir. Bu, ilk növbədə qanuna uyğun olaraq yerinə yetirilməli, ikincisi isə, milli və beynəlxalq hüquqda qeyd olunduğu kimi söz azadlığı və jurnalist hüquqlarına hörmətə əsaslanmadır. Ona görə də biz mövcud və yaranan problemləri öz tərəfdaşlarımızla ikitərəfli formatda həll edirik. Ümid etmək istəyirik ki, bu cür presedentlər daha az olacaq, mətbuat sahəsindəki münasibətlərimizi feyk və dezinformasiyalara müqavimətin zəruriliyini rəhbər tutaraq inkişaf etdirmək istəyirik", - deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, Rusiyanın "RİA Novosti" agentliyi özünü Azərbaycanın ərazilərində qanunsuz təşkilatın "naziri" adlandıran separatçı Artak Beqlaryanla müsahibə yerləşdirmişdi. Həmin müsahibədən sonra Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb. Daha sonra agentlik həmin müsahibəni silib.

Diaspora