Sərhədlərin delimitasiyası üzrə ikinci iclası qəbul etməyə hazırıq - Zaxarova

Sərhədlərin delimitasiyası üzrə ikinci iclası qəbul etməyə hazırıq - Zaxarova backend

"Moskva ən qısa zamanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını qəbul etməyə hazırdır".

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Azərbaycan və Ermənistanın bəzi sərhəd rayonlarında periodik olaraq yaranan insidentlər, problemlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tammiqyaslı və müntəzəm işinin zəruriliyini və aktuallığını təsdiq edir. Biz ən qısa zamanda Moskvada komissiyanın ikinci iclasını qəbul etməyə hazırıq. Bu, mayın 24-də tərəflər arasında razılaşdırılıb. Təbii ki, 2021-ci il noyabrın 26-da Soçidə liderlərin bəyanatında qeydə alındığı kimi sərhəddə təhlükəsizlik və sabitlik səviyyəsinin artırılması üzrə addımlar atmaq vacibdir", - deyə o bildirib.

Diaspora