"Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətinə saylı günlər qalıb. Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdəki ifadələri buna əyani sübutdur".
Axar.az xəbər verir ki, bu fikirləri erməni politiloq, İrəvan Dövlət Universitetinin dosenti Menya Soqomonyan bildirib.
“Nikol Paşinyan açıq mətnlə etiraf edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. O öz çıxışı ilə Ermənistanın 20 ildən artıq müddətdə həyata keçirdiyi diplomatik prosesi yox etdi. Artıq biz də bunu anlamalıyıq. Yaxın bir müddət ərzində bu söhbətlərə son qoyulacaq. Rus sülhməramlılarının Qarabağdan çıxma prosesi artıq bağlı qapılar arxasında danışılıb. Bu prosses başlayan kimi bütün Qarabağa nəzarət tam olaraq Bakıya keçəcək”, - erməni politoloq qeyd edib.