"Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı fikirlərilə həmrəyəm".
Qaziler.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Afrika Birliyinin hazırkı sədri və Seneqal prezidenti Macky Sall Fransanın “Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.
“Bəli, prezident Makron çox ağlabatan şeylər deyir. Onun haqlı olduğunu tarix göstərəcək. Dövlət başçısı təkcə emosiyalarla hərəkət etməməlidir. O, reallıqları nəzərə almalıdır”.
Sall qeyd edib ki, o, Rusiya Federasiyası ilə danışıqlar aparmalıdır. Xüsusilə, o, sanksiyalar fonunda idxalı pozulan Afrikaya taxıl və gübrə tədarükünü müzakirə etməlidir.
Xatırladaq ki, daha öncə Emmanuel Makron bildirib ki, Rusiya və onun rəhbərliyi alçaldılmamalıdır: "Putin Ukrayna müharibəsinə başlamaqla “tarixi və fundamental” səhvə yol verib. Putin özünü dünyadan təcrid edib və bundan sonra nə edəcəyini bilmir. Amma Rusiyanı alçatmaq olmaz".