“ABŞ Moskvanı bundan məhrum edə bilməyəcək” - Lavrov

“ABŞ Moskvanı bundan məhrum edə bilməyəcək” -  Lavrov backend

"Vaşinqton Moskvanı beynəlxalq məsələlərdə söz sahibi olmaqdan məhrum edə və onu ABŞ-ın kəşf etdiyi qaydalara əməl etməyə məcbur edə bilməyəcək".

Qaziler.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində bildirib.

“Onlar çoxdan elan edirlər ki, Rusiya öz yerini bilməlidir, Rusiyanın beynəlxalq məsələlərdə öz sözünü deməyə haqqı yoxdur, Rusiya ABŞ-ın kəşf etdiyi qaydalara əməl etməlidir. Düşünürəm ki, onlar çox yaxşı başa düşürlər ki, buna müvəffəq ola bilməyəcəklər ”, - deyə Rusiya XİN başçısı qeyd edib.

Diaspora