"Belarus ordusu Ukraynada döyüşmək niyyətində deyil, lakin Kiyevin öz ərazisindən Belarus hədəflərinə mümkün hücumlarına cavab verməyə hazırdır".
Qaziler.az APA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Siz “qırmızı xətti” keçməyincə heç yerə getməyəcəyik. Sərhədimizi keçən kimi və ya Mozırskiy Neft Emalı Zavodunu hədəf alan kimi (onların belə sərsəm ideyası var idi) biz dərhal cavab verəcəyik. Ona görə də bizə toxunmayın, biz sizə gəlmirik”, - Lukaşenko Bobruiskdə “Belşina” ASC-nin əməkdaşları ilə söhbəti zamanı Belarus ordusunun Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirakının mümkünlüyündən danışarkən qeyd edib.
Bununla belə, Lukaşenko Belarus ordusunun hərbi hazırlığının və gücləndirilməsinin vacibliyini də vurğulayıb: “Biz öyrədəcəyik, xüsusən də kişiləri. Zəmanə belədir. Nə qədər çox silahımız varsa, bir o qədər çox sakitlik olacaq. Onlar başa düşəcəklər, Mozırı vursalar, Ukraynaya girmədən Kiyevi vuracağıq. Bu, bizim üçün çox vacibdir. Onlar bunu başa düşməlidir. Amma vurmaq üçün silah lazımdır. Bizdə bu var”.