Makron Ukrayna ilə bağlı bu qərarla razılaşdı

Makron Ukrayna ilə bağlı bu qərarla razılaşdı backend

Fransa, Almaniya, Rumıniya və İtaliya Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir.

UNİAN xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski, İtaliyanın Baş naziri Mario Draqi, Rumıniya Prezidenti Klaus İohannis və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə keçirilən birgə brifinqdə deyib.

“Biz Ukraynanın Avropa ailəsinin bir hissəsi olduğunu təsdiqləmək istəyirik”, - Makron bildirib.

Onun sözlərinə görə, iyunun 23-24-də Avropa Şurası Ukraynanın statusu ilə bağlı qərar verəcək.

Makron əlavə edib ki, Aİ-yə üzvlük prosesi bir qədər vaxt aparacaq, lakin bu gün konkret fəaliyyətə ehtiyac var.

Diaspora