“Biz Ermənistan tərəfindən “Dağlıq Qarabağın statusu” ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu tamamilə qeyri-məhsuldardır və Ermənsitanın özü üçün təhlükəlidir”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
“Çünki Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur”, – deyə o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində: