Davudoğlu bu müxalifətçilərə nazir vəzifəsi təklif edib - SİYAHI

Davudoğlu bu müxalifətçilərə nazir vəzifəsi təklif edib - SİYAHI backend

Türkiyədə müvəqqəti seçki hökumətinin tərkibini formalaşdırmaq üçün səlahiyyət almış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Əhməd Davudoğlunun digər siyasi partiyalardan kimlərə nazir vəzifəsi təklif etdiyi bəlli olub.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, ana müxalifət - Cümhuriyyət Xalq Partiyasından (CHP) aşağıdakı millər vəkilləri təklif alıb: Dəniz Baykal, Ərdoğan Toprak, İlhan Kəsici, Gülsün Bilgəhan Toker (İsmət İnönünün nəvəsi) və Tekin Bingöl.

Milliyyətçi Hərəkat Partiyasından (MHP) Toğrul Türkeş, Meral Akşener və Kənan Tanrıkuluna nazir vəzifəsi təklif edilib.

Xalqların Demokratiya Partiyasından (HDP) isə ictimaiyyətin yaxından tanımadığı şəxslər – Müslüm Doğan, Ləvənt Tüzəl və Əli Heydər Konca hökumətdə vəzifə tutmağa dəvət edilib.

Xatırladaq ki, CHP və MHP müvəqqəti hökumətdə təmsil olunmayacaqlarını bəyan ediblər. HDP isə hökumətdə təmsil olunacağını açıqlayıb.
Diaspora