Gürcüstan lideri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Gürcüstan lideri Azərbaycana  TƏŞƏKKÜR ETDİ backend

“Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır. Bu, Ukrayna vətəndaşlarının tam iştirakı ilə baş verməlidir. Ukrayna vətəndaşları gələcək sülhün kontorlarını müəyyən etməlidirlər”.

“Report”un xəbərinə görə, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

“Sabah Gürcüstanda qadınların beynəlxalq konfransı da baş tutacaq. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik. Mən bu foruma ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edirəm və forumun fəaliyyətində uğurlar arzulayıram”, - o vurğulayıb.

loading...
Diaspora