“Qarabağda demarkasiya və delimitasiyadan söhbət gedə bilməz” - Erməni ekspert

“Qarabağda demarkasiya və delimitasiyadan söhbət gedə bilməz” -  Erməni ekspert backend

“Hesab edirəm, Rusiya tərəfinin əsas mesajı o idi ki, onlar Ermənistan-Azərbaycan danışıqları kontekstində əsas oyunçu və vasitəçi olmaqda davam edirlər”.

Qaziler.az Ordu.az-a istinadla xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Tatevik Hayrapetyan Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, aydındır ki, Ukraynadakı vəziyyət bu gün Rusiya üçün prioritet məsələdir, lakin Rusiya tərəfi Cənubi Qafqazda gedən proseslərin nəbzində bundan sonra da barmağını saxlayacağını açıq şəkildə göstərir.

“Sergey Lavrovun açıqlamalarından iki epizod ayıracam, biri Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlıdır. Rusiya XİN rəhbəri qeyd edib ki, bu, demarkasiya və delimitasiya çərçivəsində həll edilməlidir. Bu qəribə bəyanatdır, Qarabağda demarkasiya və delimitasiyadan söhbət getmədiyindən, məncə, yaxın gələcəkdə belə bir məsələni ortaya qoyulacağı ehtimalı azdır. Ya Lavrov həqiqətən çaşqınlıq içində idi, ya da Bakını təmkinli olmağa çağırmaq istəyirdi. Bu ifadəni aydın şəkildə şərh etməkdə çətinlik çəkirəm. Üstəlik, Bakının reaksiyası da gecikmədi. Noyabrın 10-dan sonra şifahi razılaşmalar əsasında yol və yeni ərazilər itirmişik”, - deyə Hayrapetyan qeyd edib.

Diaspora