Rusiya prezidenti Vladimir Putin, yəqin ki, hələ də bütün ölkəni olmasa belə Ukraynanın böyük hissəsini ələ keçirmək istəyir.
Qaziler.az Azvision.az-a istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Sayt məqalədə Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kouldan sitat gətirib.
Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin təşkil etdiyi tədbirdə danışan Koul, Rusiya prezidentinin müharibədə taktiki məqsədlərini daraltmaq məcburiyyətində qaldığını deyib.
- Mən hələ də belə hesab edirəm ki, onun Ukraynanın böyük bir hissəsi ilə bağlı planları var. Bununla belə, Putinin bu məqsədlərə nail ola biləcəyini düşünmürəm, - müdafiə nazirinin müavini deyib.