"Azərbaycanla Ermənistan arasında sülh danışıqlarından təsirləndim"

"Azərbaycanla Ermənistan arasında sülh danışıqlarından təsirləndim" backend

"BMT hər zaman Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllini təbliğ və təşviq edib. Mən hər iki tərəfin, Ermənistan və Azərbaycanın məsələnin sülh yolu ilə həlli istiqamətində inkişaf etməkdə olan təmaslarından təsirləndim".

APA xəbər verir ki, bunu BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid ADA Universitetində müzakirələr zamanı deyib.

Abdulla Şahid Azərbaycanın BMT üzvü kimi uğurlarını xatırlayıb:

“Azərbaycan çoxtərəfliliyə sadiqdir, ölkə BMT-yə üzv olduğu son 30 ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, həmçinin İqtisadi və Sosial Şuraya üzv seçilib. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan pandemiya dövründə təşəbbüslərlə çıxış edib. Bu gün Azərbaycanda olmağıma, burda gördüyüm inkişafa şadam. Xarici işlər naziri, Milli Məclisin sədri və rəhbərlik tərəfindən qəbul olunmağıma, keçirdiyim görüşlərə görə də şadam. Azərbaycan xalqına regionda sülh və sadiqliyə göstərdiyi töhfəyə görə təşəkkür edirəm”.

Diaspora