Azərbaycanla ABŞ əlaqələri müzakirə olunub

Azərbaycanla ABŞ əlaqələri müzakirə olunub backend

Bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.

QAZİLER.AZ partiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Görüşdə, həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilmişdir.

Görüşdə ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri Ziya Sayed və siyasi məsələlər üzrə müşavir xanım Syusan Çesli iştirak etmişlər.
Diaspora