Ukraynadakı müharibəni dayandırmaq lazımdır, bu istiqamətdə diplomatik səylərimizi yenidən artırmağa başladıq.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Praqada çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu səylər dünyanın üzləşdiyi qida böhranı baxımından da çox vacibdir.
“Ankarada Sergey Lavrovla görüşümüz zamanı taxıl ixracatı üçün olan əngəlləri aradan qaldırılmasını müzakirı etdik, BMT planın ən doğru plan olduğunu söylədik. Yaxın zamanda BMT-nin təklifi ilə Rusiya, Ukrayna, Türkiyə və BMT arasında bir görüşünə ev sahibliyi etməyə hazır olduğumuzu da diqqətə çatdırdıq. İndi Rusiyadan həm görüş, həm də başqa detallarla bağlı cavab gözləyirik”, - deyə nazir bildirib.