“Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır. Bunu kimə qarşı edirlər?” - Ərdoğan

“Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır.  Bunu kimə qarşı edirlər?” - Ərdoğan backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə rəsmi səfərə gələn venesuelalı həmkarı Nikolas Maduro ilə birgə mətbuat konfransında maraqlı açıqlamalar verib.

Ərdoğan Yunannıstandakı ABŞ bazalarının Rusiyaya qarşı qurulduğuna inanmadığını vurğulayıb.

“NATO nöqtəsində biz keçmişdə Yunanıstanla yaşadıqlarımızı, Fransa ilə yaşadıqlarımızı indi bunlarla yaşamaq istəmirik. Yunanıstana bizim sələflərimiz yol verdilər, Fransaya da... Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır. Bunu kimə qarşı edirlər? Rusiyaya qarşı deyirlər... Bağışlayın, amma buna heç kim inanmır”, -deyə Türkiyə prezidenti qeyd edib.

Mənbə: TRT

Diaspora