"Rusiyanın danışıqlar masasına gedən yolu onun döyüş meydanında məğlubiyyətindən keçir".
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"Rusiya deyir ki, Prezident Zelenskinin bu ölkənin fevralın 24-dən əvvəlki xəttin arxasına çəkilməsi tələbi “ciddi deyil”. Bu, Rusiyanın diplomatiyaya deyil, müharibəyə fokuslandığını sübut edir və dünyaya aydın mesaj göndərir: Rusiyanın danışıqlar masasına gedən yolu onun döyüş meydanında məğlubiyyətindən keçir", - Ukrayna XİN başçısı qeyd edib.