“Proseslərin bənzər tələskənliyinin səbəbi mümkün hakimiyyət dəyişikliyidir”.
Bunu Ermənistanın Qafqaz İnstitutunun eksperti Hrant Mikayelyan deyib.
Onun sözlərinə görə, daha əvvəl açıqlanmış 5 prinsipə əsasən başa düşmək olar ki, Azərbaycan Qarabağı tam şəkildə götürmək istəyir.
“Bütün bunlara cavab olaraq isə rəsmi İrəvan Azərbaycanın 5 bəndinin məqbul olduğunu bəyan edib. Bundan başqa, Ermənistanın 6 narahatçılığı qeyd edilib və Azərbaycan bunları rədd edib. Müxtəlif səviyyələrdə bu narahatlıqların onlar üçün qəbuledilməz olduğunu bildiriblər. Beləliklə, Ermənistan Azərbaycanın bəndlərini qəbul etdi, Azərbaycan isə Ermənistanın yanaşmalarını qəbul etmədi, lakin danışıqlar davam edir. Buradan da aydın olur ki, danışıqlar bütünlüklə Azərbaycanın gündəminə uyğun aparılır, Azərbaycanın gündəminə, maraqlarına xidmət edəcək”, - deyə Mikayelyan bildirib.
Erməni ekspert vurğulayıb ki, proseslərin bənzər tələskənliyinin səbəbi mümkün hakimiyyət dəyişikliyidir.
Ordu.az