Türkiyə prezidentinə Camu və Kəşmir məsələsində göstərdiyi dəstəyə görə təşəkkür edirəm.
Ordu.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı deyib.
Hökumət başçısı qeyd edib ki, Pakistan işğal olunmuş Camu və Kəşmirdə mövcud olan təhdidlərə baxmayaraq, heç vaxt sülh və sabitlik yolundan vaz keçməyəcək.
“Biz Türkiyənin terrorla, FETÖ və PKK ilə mübarizəsində hər zaman yanında olduq. Türkiyənin düşməni əslində bizim də düşmənimizdir”,- deyə Şahbaz Şərif vurğulayıb.