"Demarkasiya komissiyası yaradılıb, onun ilk iclası olub, qoy işləsin, görək nə olacaq, hamıya məlumat veriləcək".
Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Aram Akopyan Azərbaycanla sərhədlərin demarkasiyası haqda danışarkən bildirib.
Erməni tərəfinin demarkasiya məsələsində hansı xəritələrə istinad edəcəyinə toxunan Aram Akopyan “Mən nə qədər xəritə varsa, hamısı ilə də işləyəcəm", - deyə bildirib.
Xatırladaq ki, demarkasiya məsələləri üzrə komissiyanın ilk iclası Ermənistan-Azərbaycan sərhədində keçirilib. Növbəti görüşün Moskvada keçirilməsi planlaşdırılır.
Teleqraf.com