Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir.
Qeyd olunub ki, telefon danışığında prezidentlər iki ölkə arasında mövcud münasibətlər, bölgədəki və Ukraynadakı vəziyyət müzakirə olunub.
Türkiyə Prezidenti V. Putinə İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüş keçirməyi təkif edib.
Ərdoğan Rusiya ilə Ukrayna arasında sülh zəmininin tezliklə bərpası ilə iki ölkə arasında gərginliyin mənfi təsirlərini minimuma endirəcək və etimadı artıracaq addımlara ehtiyac olduğunu bildirib.
Türkiyə lideri əlavə edib ki, PKK/YPG terror təşkilatının Suriyada Türkiyə və Suriya vətəndaşlarına qarşı hücumları davam edir. Prezident Ərdoğan 2019-cu ilin oktyabrında imzalanan müqavilədə yer alan Türkiyə sərhədindən 30 kilometr dərinlikdə terrordan təmizlənmiş zonanın yaradılmasının mümkün olmadığını, bu ərazidə təhlükəsizin təmin eidlməsinin zəruri olduğunu vurğulayıb.