Türkiyədə müxalifətin “taktiki doğru” gedişlərinin nə olduğunu öyrənə bilmədik. Onların “taktika yanlış” dediklərini anlamaq mümkün deyil.
Qaziler.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif mövqeli siyasətçi Ünal Çeviközün “Türkiyənin İsveç və Finlandiya ilə bağlı gedişləri yanlışdır” iddialarına cavabında deyib.
“Bu açıqlama ilə çıxış edən şəxs (Ünal Çeviköz – red.) Azərbaycanda keçmişdə bir vəzifə icra etdiyi halda, daha sonra Qarabağdakı proseslərlə bağlı Azərbaycanın da əleyhinə açıqlamalar verdi. Yəni, bunların ağlının hansı istiqamətdə çalışdığını anlamaq mümkün deyil. Biz atdığımız addımları olduqca yaxşı düşünürük”, - deyə türk lider bildirib.
Qeyd edək ki, Türkiyənin Azərbaycanda səfiri olmuş Ü.Çeviköz bir neçə il əvvəl məqaləsində Türkiyənin uzun illərdir Ermənistanla diplomatik münasibətlər qura bilməməsindən və iki ölkə arasında quru sərhədinin bağlı qalmasından şikayətlənmişdi. Buna əsas səbəblərdən biri kimi Qarabağ münaqişəsini göstərmiş və erməni tərəfini konfliktdə haqlı çıxarmağa çalışmışdı.