Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, bu barədə M.Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.
"Azərbaycanın Müstəqillik Günü mübarək! Azərbaycanlı qardaşlarımızı ürəkdən salamlayır, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirəm", - deyə nazir bildirib.