“Dünən Yerə yaxın orbitə buraxılan peykin tam və ya qismən Ermənistana məxsus olması hələ açıq-aydın elan edilməyib, ilham almağa dəyməz. Əgər bizim idarəetmə mərkəzimiz və məlumatlara girişimiz yoxdursa, peykin özbaşına fırlanması nəyə lazımdır?”.
Bunu Ermənistanın Byurakan Astrofizika Rəsədxanasının direktoru Areq Mikayelyan deyib:
“Normal, yəni ciddi funksiyaları yerinə yetirən geostasionar peyklər 200-250 milyon ABŞ dollarına başa gəlir. Bizim hökumət Ermənistanın öz peyki olması üçün heç vaxt vəsait ayırmayıb”.
“Hələlik bu məlumatı yekun hesab etməyək, çünki öz gücümüzlə peyk yarada biləcəyimizə inanmıram. Nikol Paşinyanın bəyanatında isə qeyd olunur ki, bu prosesdə İspaniyanın “Satlantis” şirkəti iştirak edib və digər tərəfdən peyki İlon Mask (“SpaceX” şirkətinin kosmik gəmisini nəzərdə tutulur - red.) kosmosa çıxarıb”, - astrofizik vurğulayıb.
Byurakan Astrofizika Rəsədxanasının direktorunun sözlərinə görə, Ermənistanın peyki olması faktını dəqiq ifadə etmək mümkün deyil, çünki peykə malik olmaq onun nəzarətinə tam sahib olmaq və məlumatlara çıxış imkanı deməkdir.
Report.az