“Demarkasiya komissiyasında Ermənistan tərəfindən səriştəli mütəxəssis yoxdur” - Erməni ekspert

“Demarkasiya komissiyasında Ermənistan tərəfindən səriştəli mütəxəssis yoxdur” -  Erməni ekspert backend

“Demarkasiya komissiyasının tərkibinə baxanda belə bir təəssürat yaranır ki, həyata keçirilməli olan birinci mərhələ, yəni prinsiplərin, sənədlərin yoxlanılması ya artıq həyata keçirilib, ya da diqqətdən kənarda qalıb”.

Qaziler.az Ordu.az-a istinadla xəbər verir ki, bunu erməni kartoqraf Şahen Şahinyan deyib.

Onun sözlərinə görə, çünki komissiyaya Ermənistan tərəfindən tarixçilər və digər səriştəli mütəxəssislər daxil edilməyib.

“Beynəlxalq hüquq üzrə yalnız bir mütəxəssis var, o da Ermənistanın AİHM-dəki nümayəndəsidir. Ümumiyyətlə, siyahıya faktiki olaraq ərazidə həyata keçiriləcək demarkasiyaya rəhbərlik etməli olan şəxslər daxildir”, - deyə Şahinyan qeyd edib.

Erməni ekspert Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatına istinad edərək bildirib: “Həmin bəyanatda ilk çaşdırıcı məqam ondan ibarətdir ki, Qarabağın (qondarma qurum – red.) “öz müqəddəratını təyin etməsi”ndən söhbət getmir. İkincisi odur ki, Ermənistanın müxtəlif hissələri arasında kommunikasiyanın təmin edilməsi qeyd olunub”.

Diaspora