“Müharibədən sonra məlum oldu ki, 2017-ci ildə Ermənistan mühüm infrastrukturun inkişafında Azərbaycandan on dəfə geri qalıb. Artıq 2013-cü ildə Azərbaycanın üç peyki var idi. Onlardan biri kəşfiyyat üçün idi”.
Qaziler.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın deputatı Arusyak Culakyan söyləyib.
“Bakı ilk peyki 2013-cü ildə orbitə çıxarıb. Azərbaycan peyklər almağa başlayanda “müasir xilaskarlarımız” villalar tikirdilər. 44 günlük müharibə zamanı Azərbaycan artıq bu peyklərdən Qarabağda qoşunların hərəkətini onlayn izləmək üçün istifadə edirdi. Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonra bu barədə fəxrlə danışırdı. Bu vəziyyətin Azərbaycan Silahlı Qüvvələrinə üstünlük verdiyi şübhəsizdir”, - o qeyd edib.
Report.az