Şahin Mustafayev erməni dilini mükəmməl bilir, erməniləri yaxşı bələddir - “Hraparak”

Şahin Mustafayev erməni dilini mükəmməl bilir, erməniləri yaxşı bələddir -  “Hraparak” backend

Azərbaycan və Ermənistanın demarkasiya və sərhəd təhlükəsizliyi komissiyalarına Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik edirlər.

Qaziler.az Ordu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Məlum olub ki, Şahin Mustafayev Ermənistanda doğulub və məktəbə gedib. Mustafayevlər Noyemberyanın Cucevan kəndində yeganə azərbaycanlı ailəsi olublar. Şahin Mustafayevin atası Azərbaycan kəndlərinin birindən Cucevana köçüb və mal-qara saxlayıb. Şahin Mustafayev 1965-ci ildə Ermənistanda anadan olub, 8-ci sinfə qədər kənd məktəbində, 9-10-cu siniflərdə isə Noyemberyan 2 saylı məktəbdə oxuyub. Erməni dilini mükəmməl bilir, erməniləri yaxşı tanıyır. Təəccüblüdür ki, prosesin uzun çəkəcəyi, sülh sazişi və demarkasiya işlərinin illər çəkəcəyi ilə bağlı bəzi proqnozlara baxmayaraq, Brüsseldən cəmi iki gün sonra, mayın 24-də sərhəddə tələsik komissiya sədrlərinin görüşü təşkil olunub. Görünən odur ki, Azərbaycan tələsir və Ermənistan tərəfinin prosesi dayandırmağa nə istəyi, nə də imkanı var”, - deyə nəşr bildirib.

Diaspora