Türkiyə İsveçin terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələrini kəsməsini Ankaranın şimali Avropa ölkəsinin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərt hesab edir.
Bunu Türkiyənin İsveçdəki səfiri Emre Yunt cümə axşamı dərc olunan “Financial Times” qəzetinə müsahibəsində deyib.
Yunt bildirib ki, Ankara İsveç müdafiə naziri və digər rəsmilərin son illərdə PKK rəhbərliyi ilə danışıqlar aparmasından narazıdır. O, həmçinin əlavə edib ki, Türkiyənin İsveçlə bağlı mövqeyinin Ankara və Vaşinqton arasındakı münasibətlərlə “heç bir əlaqəsi yoxdur”.