İlham Əliyev, Şarl Mişel və Paşinyan bu tarixdə görüşəcək

İlham Əliyev, Şarl Mişel və Paşinyan bu tarixdə görüşəcək backend

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, görüş mayın 22-də Brüsseldə baş tutacaq.

Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətindən verilən məlumata görə, həmin gün Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrı görüşlər keçirəcək.

Daha sonra isə üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, sonuncu dəfə tərəflər aprelin 6-da Brüsseldə görüşüb.

Diaspora