İrandan Rusiyaya Ukrayna ilə bağlı TƏKLİF

İrandan Rusiyaya Ukrayna ilə bağlı  TƏKLİF backend

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbətində ölkəsinin Ukraynadakı vəziyyətin həlli üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

"RİA Novosti" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi danışıqların yekunu üzrə məlumat yayıb.

"İran Ukraynadakı münaqişənin həlli üçün istənilən diplomatik cəhdləri dəstəkləyir, bu böhranın həllində vasitəçilik və kömək etməyə hazırdır", - məlumatda deyilir.

Söhbət zamanı tərəflər ikitərəfli əlaqələri, o cümlədən mədəniyyət və informasiya təhlükəsizliyi sahəsində sazişi də müzakirə ediblər.

Diaspora