Diaspor Komitəsinin sədri Sürix və Bazeldən olan fəal icma üzvləri ilə görüşüb

Diaspor Komitəsinin sədri Sürix və Bazeldən olan fəal icma üzvləri ilə görüşüb backend

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov İsveçrənin Sürix və Bazel şəhərlərindəki Azərbaycan icmasının fəal üzvləri ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı xarici ölkələrdə Azərbaycanın tarixi və mədəni irsinin təbliği, Azərbaycan dilinin inkişaf etdirilməsi və bu istiqamətdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında vurğuladığı kimi, xaricdə fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərinin inkişaf etdirilməsi diaspor təşkilatlarımız üçün prioritet məsələ olmalıdır.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həmvətənlərimizin kompakt yaşadığı dünyanın 16 şəhərində Azərbaycan Evi açılıb, vətəndən uzaqda böyüməkdə olan gənc nəslə Azərbaycan dilinin tədris edilməsi, vətənpərvərlik hisslərinin aşılanması üçün həftəsonu məktəblərinin təşkilinə dəstək verilib.

Görüş zamanı İsveçrədəki Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətləri və planları müzakirə olunub, həftəsonu məktəblərində dərnəklərin sayının artırılması məsələsinə toxunulub.

“Azərbaycanın Dostları” Birliyinin rəhbəri Arzu Əliyeva Bodmer və valideynlər “Buta” rəqs dərnəyinin fəaliyyətini dəstəklədiyi üçün DİDK-ya minnətdarlıqlarını bildiriblər.

Diaspora