“İlham Əliyevə edilən zəng Mirzoyan-Blinken görüşündən sonra olub”.
Qaziler.az Ordu.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Ruben Mehrabyan deyib.
Onun sözlərinə görə, bu sadəcə onu göstərir ki, ABŞ artıq regional problemlərin həllində maneələrin aradan qaldırılmasında fəal iştirak edir.
“ABŞ Qarabağ münaqişəsinin indiki dinamikasına müsbət təsir göstərdiyini göstərir ki, bu da Rusiyanın təsirindən qaynaqlana bilər”, - deyə Mehrabyan vurğulayıb.
Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyants isə bildirib ki, Qərbin əsas istəyi Rusiyanın siyasi rolunu Qərbin rolu ilə əvəz etməkdir.
Xzmalyants qeyd edib ki, Blinkenin İlham Əliyevə şəxsi zəngi böyük bir zəncirin halqasıdır.