Türkiyə parlamentinin sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Türkiyə parlamentinin sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO backend

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Fəxri xiyabanda ümumimlli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət edib.

Trend-in məlumatına görə, M.Şentop bildirib ki, 104 il öncə türk övladları Azərbaycanı öz vətənləri kimi qorumaq üçün azərbaycanlı qardaşları ilə çiyin-çiyinə şəhadətə ucaldılar.

“İstiqlal və hürriyət uğrunda fəda etdiyiniz canlarınızla Azərbaycanı qüdrətli bir vətənə çevirdiniz. Qanlarınızla suvardığınız bu torpaqlarda yaşayan gənc fidanlar bu gün eyni iradə və mənəviyyatla o gün sizlərin əlinizdə yüksələn bayrağı daha yuxarılara qaldırmaq üçün mübarizə aparırlar.

Şəxsi mənəviyyatınız uzun illər sonra 44 günlük Vətən müharibəsində ölkələrini işğaldan qurtarmasında Azərbaycan əsgərlərinin yoluna işıq saldı, mənəvi dəstək, əzim və güc verdi. Biz də sizlərin mirasını ürəyində yaşadan qüdrətli türk millətinin təmsilçiləri olaraq müqəddəs əmanətinizə sahib çıxmaq üçün burdayıq”, - deyə o şəhidlərə xitabən bildirib.

loading...
Diaspora