Finlandiya Prezidenti Ərdoğanla görüşmək istəyir

Finlandiya Prezidenti Ərdoğanla görüşmək istəyir backend

Finlandiya Prezidenti Sauli Niinistö ölkənin NATO-ya üzvlüyü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduğunu bildirib.

Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Xüsusilə, Niinistö Ərdoğanın daha əvvəl Helsinkiyə PKK terror qruplaşmasına dəstək verməklə bağlı sözlərini müzakirə etməyə hazırdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin mümkün NATO üzvlüyünə müsbət baxmadığını bildirib. Türkiyə Prezidenti qeyd edib ki, Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir.

Diaspora