Azərbaycan və Pakistan arasında hava nəqliyyat xəttinin açılışı sentyabrın sonuna nəzərdə tutulub. Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.
O qeyd edib ki, hazırda hava xəttinin açılışı ilə bağlı texniki məsələlər həll olunur.Daha əvvəl aviareysin avqustun 12-də açılacağı bildirilmişdi, ancaq bir sıra texniki problemlərə görə, reys qeyri-müəyyən müddətə təxirə salınmışdı.
İslamabad-Bakı-İstanbul marşrutu üzrə uçuşları “Türkiyə Hava Yolları”na məxsus təyyarələr həyata keçirəcək.