MN: Ohanyan yalan danışır

MN: Ohanyan yalan danışır backend

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin snayperinin erməni snayperi tərəfindən məhv edilməsi barədə Ermənistan KİV-lərində yayılan xəbərlərə münasibət bildirib. QAZİLƏR.AZ saytı bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, erməni tərəfinin növbəti uydurmasıdır.

“Ermənistanın müdafiə naziri Seyran Ohanyan və nazirliyin digər nümayəndələri daha çox yalan danışmaqla bir-birilərini üstələməyə çalışırlar. Bu, onların sanki kimin fantaziyasının daha artıq olması yarışına girmələri təsirini bağışlayır. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfi artıq nə edəcəyini bilmədiyi üçün heç bir fakta əsaslanmayan bu cür boş, əsassız məlumatlar yaymaqla, erməni xalqının fikrini ordudakı çoxsaylı itkilərdən yayındırmaq məcburiyyətində qalıb”, - deyə nazirlik bəyan edib.
Diaspora